Şəhid övladlarına ödənişsiz xidmət göstəriləcək

09.12.2020 17:38     Sosreaksiya     438

"Övladlarınızın psixoloji inkişafı bizim üçün önəmlidir! Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları Şamaxı, Mingəçevir, İmişli, Sabirabad, Kürdəmir, Balakən, Qəbələ regional ASAN xidmət Mərkəzlərində və 4 saylı Bakı ASAN xidmət Mərkəzində fəaliyyət göstərən Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölmələrinə müraciət etməklə ödənişsiz əsaslarla psixoloji, loqopedik, psixo pedaqoji və refleksoloji xidmətlərdən yararlana bilərlər”.

Bu barədə Musavat.com-a mərkəzdən məlumat verilib. Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin kollektivi Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi qürurla yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına Allahdan səbr diləyirik"- deyə, məlumatda qeyd olunur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar