Amin Musayev və digər əsirlər Bakıya gətirilib

14.12.2020 22:55     Sosreaksiya     417

İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistana əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayev Vətənə gətirilib.

A.Musayev hazırda Bakıda həkim nəzarəti altındadır.

A.Musayevlə yanaşı digər əsir və girovlar, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilib.

Xatırladaq ki, A.Musayev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülmüşdü.

Qaytarılmış əsirlərdən bir neçəsinin adlarını təqdim edirik:

 

 

Şərhlər