Ağasif Şakiroğlunun rəhbərlik etdiyi partiya dövlət qeydiyyatına alındı

15.12.2020 21:41     Sosreaksiya     673

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib və qeydiyyat məsələlərinə  baxılıb.

Bu barədə Reaksiya.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif İbrahimovdur (Şakiroğlu).

Reaksiya.az

Şərhlər