Koronavirusa yoluxanların əli və ayağı kəsilə bilər - Həkimdən AÇIQLAMA - VİDEO

21.12.2020 15:13     Sosreaksiya     4021

"Koronavirusun yaratdığı bəzi fəsadlar qanqrena, sonra isə əzaların kəsilməsinə səbəb olur. Ən mənfi amil ayaq barmaqlarında və əllərdə qan mikrosirkulyasiyasının pozulmasıdır".

Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin Sağlamlıq komitəsinin sədri Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, bu, xüsusilə bədənin viral yüklə yüklənməsi və antiviral müalicə olmadığı təqdirdə baş verir:

"Koronavirusun insan bədəninə daxil olduqdan sonra ikinci həftəsində daxili orqanlara ziyan vurması mümkündür. Bu vəziyyətdən ən çox ürək-damar sistemi əziyyət çəkir və qanın laxtalanma prosesi pisləşir. Ən mənfi amil ayaq barmaqlarında və əllərdə qan mikrosirkulyasiyasının pozulmasıdır. Daha sonra bəzən qanqren inkişaf edir və bu da əzaların kəsilməsinə səbəb olur. Bunların yaşanmaması üçün koronavirusun antiviral dərmanlarla müalicəsinin təxirə salmamaq və yataq istirahətinə riayət etmək lazımdır".

Şərhlər