Deputatlar Azərbaycan Prezidentini təbrik etdi

24.12.2020 11:28     Sosreaksiya     354

Milli Məclis Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.

Reaksiya.az xəbər verir ki, Milli Məclis Sədri Sahibə Qafarova çıxış edərək bildirib ki, Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin siyasəti və müəyyən etdiyi strategiyası səbəbindən əldə edilib. Vətən müharibəsində qələbənin memarının Prezident İlham Əliyev olduğunu bildirən Spiker S. Qafarova Ali Baş Komandana uğurlar arzulayıb.

Spikerin nitqini deputatlar alqışla qarşılayıb.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Reaksiya.az

Şərhlər