Şuşaya yeni polis rəisi təyin edilib

29.12.2020 11:26     Sosreaksiya     420

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Reaksiya.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Səməd Məhərrəmov Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.

 Jurnalist Cavanşir Həsənli Şuşa Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilən polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəmovun şuşalı yazıçı, filoloq alim, Nazirlər Kabinetinin mətbuat xidmətinin keçmiş rəhbəri Akif Əlinin oğlu olduğunu bildirib.

Onun sonuncu iş yeri Goranboy Rayon Polis Şöbəsi olub. Səməd Məhərrəmov daha əvvəl Tərtər və Xaçmazda da çalışıb.

Reaksiya.az

Şərhlər