Sülhməramlılar Qarabağda atışlara başladı

29.12.2020 12:04     Sosreaksiya     358

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Xankəndi və Ağdərə poliqonlarında müntəzəm döyüş hazırlığı təlimlərinə başlayıblar.

Reaksiya.az xəbər verir, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlər zamanı hərbçilər müxtəlif tipli hədəfləri pulemyotlar və snayper tüfənglərindən, silah və tank əleyhinə qumbaraatanlardan, həmçinin zirehli personal daşıyıcılarının “BTR-82A” silahlarından atəşə tutublar.

Bundan başqa, rus sülhməramlıları qumbaraların atılması üzrə tapşırıqları yerinə yetiriblər.

Ümumilikdə 200-ə yaxın rus hərbçisinin və 20-dən çox texnikanın təlimə cəlb edildiyi qeyd olunub.

Reaksiya.az

Şərhlər