Hadrut və Cəbrayılda daha 20 erməni hərbçinin cəsədi tapıldı

04.01.2021 13:41     Sosreaksiya     364

Qarabağda erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir.

Reaksiya.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yanvarın 3-də Cəbrayılda və Xocavəndin Hadrut qəsəbəsi də daxil ətraf kəndlərdə daha 20 hərbçinin cəsədi aşkar olunub.

Ümumilikdə, bu günə kimi tapılan cəsəd sayının 1170-dən çox olduğu bildirilir.

Hazırda Hadrut, Füzuli və Qubadlı istiqamətlərində axtarışlar davam edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar