Azərbaycan və Rusiya minaaxtaranlarının birgə təlimi başladı

05.01.2021 14:36     Sosreaksiya     321

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları Ağdamda birgə hazırlıq kurslarına başlayıb.

Reaksiya.az xəbər verir ki, təlim 45 gün davam edəcək.

Təlim iştirakçıları minadan təmizlənəcək ərazinin relyefini mənimsəmək, minatəmizləyən robot və digər texniki avadanlıqların iş prinspi ilə tanış olacaqlar. Eyni zamanda rusiyalı minaaxtaranlar ərazilərin minalardan təmizlənməsi üçün istifadə olunan qurğuların və texniki avadanlıqların üstünlükləri barədə məlumatlandırılacaqlar.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi məqsədilə rusiyalı pirotexniklər qrupu 2021-ci il yanvarın 4-də ölkəmizə gəlib. Tərkibinə 20 nəfər peşəkar mütəxəssisin daxil olduğu qrup ən müasir texnika və avadanlıqlarla təchiz edilib. Həmçinin qrupun sərəncamında bir xüsusi təlim görmüş minaaxtaran it də var.

Reaksiya.az

Şərhlər