Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslərin sayı...

05.01.2021 14:37     Sosreaksiya     333

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri - əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsi təmin olunur.

Bu fikri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

İsmayıl Axundov bildirib ki, Prezidenti İlham Əliyevin tapşırığı ilə humanizm prinsipləri rəhbər tutularaq birtərəfli qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Dövlət Komissiyası bu il oktyabrın 29-da, dekabrın 2-də, 9-da, 11-də və digər tarixlərdə Ermənistan vətəndaşı olan şəxsləri, habelə erməni hərbi qulluqçuları qarşı tərəfə təhvil verib. Əsas vəzifə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında azad edilməsidir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən görülmüş tədbirlərlə dekabrın 14-də “hamının-hamıya” prinsipi ilə növbəti humanitar proses həyata keçirilib. Həmin proses nəticəsində Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib. Üçtərəfli Bəyanata uyğun olaraq sonuncu proses dekabrın 28-də həyata keçirilib. Azərbaycanda saxlanılan 58 nəfər erməni milliyyətindən olan şəxs geri verilib. Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs saxlanılır. Qarşı tərəfdə isə 2 mülki şəxs saxlanılır.

Reaksiya.az

Şərhlər