Qarabağda tapılan erməni meyitlərinin sayı 1194 oldu

08.01.2021 11:17     Sosreaksiya     336

Qarabağda axtarışlar nəticəsində daha 6 erməni əsgərin meyitinin qalıqları aşkarlanıb.

Reaksiya.az erməni mediasına istinadla xəbər verir ki, meyit qalıqları Hadrut və Çaylaqqala yolunda tapılıb.

Meyitlər tanınmaz halda olsa da, paltarlarının cibində sənədlərlə onların kimliyi müəyyənləşib.

Axtarışların bu gün Əsgəran, Hadrut və Cəbrayılda davam edəcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun icazəsi ilə erməni valideynlər və Qırmızı Xaç Cəmiyyətinin qatıldığı axtarışlar nəticəsində indiyə qədər döyüç meydanlarında tapılan erməni meyitlərinin sayı 1194-ə çatıb.

Reaksiya.az

Şərhlər