Azərbaycanda dərslər iyulun 1-də yekunlaşacaq? - RƏSMİ

08.01.2021 11:26     Sosreaksiya     422

Azərbaycanda koronavirusa gündəlik yoluxanların sayında azalma dinamikası davam edir. Sağalanların sayı isə yoluxanlardan 3 dəfə çoxdur. Bundan əlavə yaxın günlərdə Azərbaycanda koronavirus əleyhinə vaksinnasiyanın başlaması gözlənilir.
Vaksinnasiyadan sonra bu virusa yoluxanların sayının minimuma düşməsi gözlənilir. Belə olan halda dərslərin martın ikinci yarısında ənənəvi qaydada bərpası gözlənilir. Bu gün səsləndirilən iddialardan bir dərslərin martda başlayıb, iyulun 1-də yekunlaşmasıdır. Bu il tədris ili iyulun 1-i yekunlaşa bilərmi?
Reaksiya.az xəbər verir ki, bununla bağlı danışan Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov  tədris ilinin iyulun 1-də bitəcəyi ilə bağlı səsləndirilən fikirlərin əsasız olduğunu vurğulayıb:
 
"Sosial şəbəkələrdə gün ərzində çoxlu bu cür xəbərlər çıxır. Təhsil Nazirliyi hər hansı qərar qəbul edəndə ilk olaraq özü bu barədə ictimaiyyətə məlumat verir. Bu gün tədris ilinin iyulun 1-də bitməsi ilə bağlı heç bir rəsmi qərar yoxdur".
 
Advertisement Banner

Şərhlər