YAŞAT Fonduna rəhbər və müdir müavini seçildi

08.01.2021 11:55     Sosreaksiya     340

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (YAŞAT Fondu) rəhbər və müdir müavini seçilib.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, Fondun rəhbəri vəzifəsinə Vətən müharibəsi qazisi Elvin Hüseynov, müdir müavini vəzifəsinə isə Rəbiyyə Cəfərova seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (YAŞAT Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Reaksiya.az

Şərhlər