Eldar Quliyev infarkt keçirdi

18.01.2021 15:20     Sosreaksiya     375

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib.

Bu barədə  Reaksiya.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. 

Bildirib ki, Xalq artisti hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib:

 

"Ötən gün infarkt keçirən rejissor sözügedən xəstəxananın kordiloji şöbəsinə aparılıb, vəziyyəti qənaətbəxşdir, insanları tanımaqda çətinlik çəkir". 

Qeyd edək ki, Eldar Quliyevin bu gün 80 yaşı olur. 

Reaksiya.az

Şərhlər