Əsgərlərimizin təmənnasız xidmətində dayanan xeyirxah həkimlərimiz

18.01.2021 16:58     Sosreaksiya     332

Vətən müharibəsi bizə yumruq kimi birləşməyi,bir-birimizə millət olaraq dəyər verməyi, son tikəmizi bölüşməyi, bizim olanın qədrini bilməyi öyrətdi desəm, məncə heç kim  inciməz. Bu müharibəyə cinsindən  asılı olmayaraq hər kəs getmək istəyird i.Hər kəs vuruşa bilməsə də arxa cəbhədə əskərlərimizin yanında olmaq, onlara yardım etmək istəyirdi. İmkanı olan vətəndaşlarımız bu missiyanı yerinə yetirirdi. Bugünkü qələbəmiz də Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşməyimizin, ordumuzun könüllülərimizin nizam intizamının nəticəsidir.
 
Doğrudur şəhidlərimiz oldu, ciyərimiz yandı, lakin müharibə olan yerdə şəhidlərimiz də olmalı idi.Uzun danışmayacam, bunları deməklə nəzərinizə  qazilərimizin bizim üçün nə qədər dəyərli olmasını çatdırmaqdı. Biz Azərbaycan vətəndaşları əlimizdən gəldiyi qədər onların qayğısına qalmalıyıq. Bu yaxın günlərdə sosial şəbəkədə bir paylaşım diqqətimi çəkdi.
Paylaşımı Keçən ilin ən yaxşı "Kosmetoloq həkim"adına layiq görülmüş, hazırda Optimed klinikasında estetik, kosmetoloq, həkim kimi çalışan Günay Əliyeva öz İnstaqram hesabında paylaşaraq  Qarabağ Müharibəsində döyüşən  qazilərimizin üzündə olan çapıq,iz müalicəsini təmənnasız olaraq müalicə edəcəyinə çağırış etmiş, öz tanışlarına, dostlarına kimin tanıdığı belə qazimiz varsa onunla əlaqə yaratmağı xahiş etmişdi. Artiq bir neçə qazimizin üzündə olan iz və capiqlarin müalicəsinə başlamış,gözəl nəticələr əldə etmişdir. Bu gənc bir həkimin içindən gələn millət, vətən sevgisinin danılmaz sübutudu.
 
Bilirəm ki, Günay Əliyevanin himayəsində qız övladı olmasaydı o bir həkim kimi Qarabağ döyüşündə iştirak etmiş olardı. Bu yazını yazmaqda məqsədim odur ki, kimin tanıdığı üz-gözündə kosmetik müalicəyə ehtiyacı olan qazilərimiz varsa Optimed Klinikada Doktor Kosmetoloq Günay xanım Əliyevaya müraciət  etsinlər.Heç bir ödəniş olmadan sevərək müalicə olunacağınızdan əminəm, əziz qazilərimiz. Belə bir xidməti ilə Sizin yanınızda olmaq istəyən həkimizə bu şansı verin  ki, o da əsgərlərimiz üçün nəsə etmiş olsun. Rəbbim bu birliyimizi qorusun.

Şərhlər