1 fevraldan bu siniflər əyani tədrisə başlayır - Nazir

22.01.2021 14:06     Sosreaksiya     433

Təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə təhsil nazirliyinin öhdəliyində deyil. Əlaqədar qurumlar, eyni zamanda Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir.

Reaksiya.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 1 fevraldan etibarən tədrisin mərhələli şəkildə bərpasına qərar verilib:

"Ölkə üzrə ibtidai əsaslı, eyni zamanda məktəbəqədər təhsil qruplarında əyani təhsil böyük şəhərlərdə həftədə 3 dəfə, digərlərində isə həftədə 4-5 dəfə bərpa edilir. Bu qərarlar 2 həftə müddətində qüvvədədir. Fevral ayının 15-dən sonra epidemioloji statistik göstəricilərə əsasən, müvafiq qərarlar qəbul ediləcək".

Reaksiya.az

Şərhlər