Prokurorluqda 8 nəfər vəzifədən azad olunub

25.01.2021 17:39     Sosreaksiya     578

2020-ci il ərzində öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Reaksiya.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.

 

Bildirilib ki, onlardan ikisi prokurorluq orqanlarından xaric edilib, səkkiz nəfər vəzifədən azad olunub.

15 nəfərə töhmət və ya şiddətli töhmət, beş nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar