Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub, 143 nəfər yaralanıb

26.01.2021 12:55     Sosreaksiya     277

"Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbi qulluqçusu döyüş əməliyyatlarında şəhid olub".

Reaksiya.az APA-ya isdinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mühəndis qoşunları idarəsinin rəis müavini polkovnik Ceyhun Cəfərov deyib.

O bildirib ki, döyüşlər zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb: "Hərbi qulluqçularımızın göstərdiyi peşəkarlıq Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunun layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib".

 

Polkovnik C. Cəfərov Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçusunun da medalla təltif edildiyini vurğulayıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar