Xətai Rayon İcra Hakimiyyətində Qarabağ qazisinə vəzifə verilib

27.01.2021 13:50     Sosreaksiya     822

Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Reaksiya.az xəbər verir ki, bununla bağlı Xətai RİH başçısı Rafiq Quluyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qarabağ qazisi Anar Məmmədov RİH-in strukturunda yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin olunub.

Reaksiya.az

Şərhlər