Qubada karantin qaydalarını pozaraq fəaliyyət göstərən dönərxana aşkarlanıb

28.01.2021 16:36     Sosreaksiya     665

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlayıblar. 

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan melumat verilib. Reaksiya.az APA-ya istinadən xəbər verir ki, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Babək Camalov və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər. 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar. 

Reaksiya.az

Şərhlər