Mehriban Əliyeva Rəmişlə bağlı tapşırıq verdi

29.01.2021 13:22     Sosreaksiya     685

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

Reaksiya.az xəbər verir ki, bu barədə Unikal.org-a sənətkarın həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

"Sağ olsun Mehriban xanım, göstəriş verdi. Rəmiş Bakı Sağlamlıq Mərkəzinə gətirildi. Hazırda o, reanimasiyadadır. Səhhəti ilə bağlı mənə hələlik məlumat verilməyib", - G.Hüseynova deyib.

Qeyd edək ki, Rəmişin səhhəti ötən gün kəskin ağrlaşıb. Hətta onun dünyasını dəyişdiyi barədə yanlış məlumat da yayılmışdı.

Reaksiya.az

Şərhlər