Füzulidə 3 nəfərin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

02.02.2021 20:15     Sosreaksiya     483

Fevralın 2-də saat 17 radələrində vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olub, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Füzuli rayon Prokurorluğundan  verilən məlumata görə, faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar