Kürdə batanlardan birinin meyiti tapıldı - Yenilənib

03.02.2021 12:57     Sosreaksiya     530

Xəbər verdiyimiz kimi, yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıqla balıq ovuna çıxmış iki vətəndaşın itkin düşməsi barədə məlumat daxil olub. 

FHN Mətbuat xidmətindən Reaksiya.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına dair əsaslı şübhələrin olduğu üçün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları ərazidə axtarışlara cəlb olunub.

Dalğıc axtarış qruplarının həyata keçirdiyi ilkin axtarış tədbirləri zamanı çay kənarında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub. Hazırda Kür çayı hövzəsində axtarış zonası genişləndirilib, Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazilərdə axtarışlar intensiv şəkildə davam etdirilir.

 

***

Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

 

 
 
 
 

Şərhlər