Bu küçənin bir hissəsində hərəkət məhdudlaşdırılır

04.02.2021 16:52     Sosreaksiya     592

Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən 2 gün (şənbə və bazar) müddətində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Reaksiya.az xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. 

Reaksiya.az

Şərhlər