Pensiyalar indeksləşdirilərək 11,4 faiz - artırılır

05.02.2021 20:43     Sosreaksiya     468

Ötən il orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 faiz artırılır.

Reaksiya.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov mətbuat konfransında bildirib.

O qeyd edib ki, fevralda pensiya alanlar həm yanvar, həm də fevral artımı ilə alacaqlar 2020-ci ildə pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və 1 milyard manat çox olmaqla, 5 milyon 743 milyon manat vəsait yönəldilib. Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə, Azərbaycan MDB-də liderliyini qoruyub saxlayıb.

Şərhlər

Çox oxunanlar