Qaradağda maşın dərəyə aşdı

05.02.2021 23:22     Sosreaksiya     533

Bakının Qaradağ rayonu ərazisində “Chery” markalı minik maşını dərəyə aşıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar