Paytaxtda yeniyetməni maşın vurdu

05.02.2021 23:42     Sosreaksiya     525

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reaksiya.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Nəsimi metrosunun yaxınlığında 2005-ci il təvəllüdlü Xudaverdiyev Sadiq Nicat oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Yeniyetmə həkim nəzarətinə götürülüb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar