Daha bir şəhidimiz dəfn olundu - Fotolar

06.02.2021 20:59     Sosreaksiya     494

Vətən Müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən daha bir hərbçimiz torpağa tapşırılıb.

Reaksiya.az xəbər verir ki, söhbət Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbi qulluqçu Ələkbərli Ələkbər Ramiz oğlundan gedir.

Şəhidin nəşi əvvəlcə ata ocağına gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, hərbçilər və kənd sakinləri iştirak edib.

 

Mərasimdən sonra onun nəşi Köçərli kənd qəbiristanlığında dəfn olunub. Şəhidin nəşinin büküldüyü üçrəngli bayraq atasına təqdim olunub.

Qeyd edək ki, Ə.Ələkbərli tankçı olub. O, sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Reaksiya.az

Şərhlər