Səlim Müslümovun qohumu işdən çıxarıldı

08.02.2021 13:06     Sosreaksiya     391

Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.

Unikal.org xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.

Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova bir neçə gün öncə həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısının həyat yoldaşıdır.

Reaksiya.az

Şərhlər