Britaniyalı nazir İçərişəhərdə - Foto

08.02.2021 19:13     Sosreaksiya     746

Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton İçərişəhəri ziyarət edib.

Reaksiya.az xəbər verir ki, o, Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbinə baş çəkib.

“Xəzər sahilində yerləşən ecazkar Bakının qədim şəhər ərazisinə (İçərişəhərinə) heyrətamiz səfər oldu. Azərbaycan zəngin mədəni irsə sahibdir və mən gələcək sənətkarlar nəslini dəstəkləyən və Azərbaycanın qədim mədəniyyətini qoruyan Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbinə çox maraqlı səfər etdim”, - nazir Tvitter hesabında bildirib.

Xatırladaq ki, V.Morton Böyük Britaniya ilə Azərbaycan arasında illik dialoq sammitində iştirak etmək üçün bu gün Bakıya ikigünlük səfərə gəlib.

Reaksiya.az

Şərhlər