General Muradov erməni və azərbaycanlı əsirlərin geri qaytarılmasının təfərrüatlarını açıqlayıb

10.02.2021 12:38     Sosreaksiya     813

Sülhməramlı kontingentin komandanının sözlərinə görə, Rusiya hərbçiləri üçtərəfli razılaşmanın həyata keçirilməsinə töhfə verməyə davam edəcəklər.
 
Ermənistan və Azərbaycan arasında növbəti əsir mübadiləsi çərçivəsində bir əsir Bakıya gətirilib, beşi isə İrəvana qaytarılıb.
 
Bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlama verib.
 
“Bu gün növbəti əsir mübadiləsi həyata keçirildi. Rusiyalı sülhməramlıların mənim şəxsi nəzarətim altında apardıqları iş nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə əsirlikdə olan bir nəfər Bakıya və beş nəfər isə İrəvana qaytarıldı,”- deyə Muradov jurnalistlərə bildirib.
 
O, Rusiyalı sülhməramlıların üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə töhfə verməyə davam edəcəklərini də sözlərinə əlavə edib.
 
2020-ci ilin payızında Qarabağdakı müharibədən sonra Azərbaycanda qalan erməni əsirlərin ümumi sayı məlum deyil. Ermənistan rəsmi hakimiyyəti onların dəqiq sayını açıqlamaqdan imtina edir.
 
Ümumilikdə, 9 noyabrda Qarabağla bağlı üçtərəfli bəyanatdan sonra  64 erməni əsir Ermənistana qaytarılıb.
 

Şərhlər

Çox oxunanlar