Rusiya 50 ton pomidorumuzu geri qaytardı

18.02.2021 11:59     Sosreaksiya     462

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstandakı idarəsi 1-18 fevral tarixlərində Azərbaycandan bu ölkəyə ixrac olunan 50,4 ton pomidoru geri qaytarıb.

 "Rosselxoznadzor"un mütəxəssisləri qadağanı pomidorlarda Cənubi Amerika güvəsinin aşkar edilməsi ilə izah ediblər.

Reaksiya.az

Şərhlər