Turkiyə ilə ötən gün imzalanan sənədlərin - Siyahısı

20.02.2021 14:47     Sosreaksiya     49

Nazirlər Kabineti Ankarada fevralın19-da keçirilən Azərbaycan-Turkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının sonunda iqtisadi əməkdaşlığa dair imzalanan sənədlərin siyahısını açıqalyıb.

Reaksiya.az Nazirlər Kabinetinə istinadən həmin sənədlərin siyahısını təqdim edir:

- ​Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol;

- ​Halal akkreditasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

-​ Türk Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Əməkdaşlıq Protokolu;

-​ Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 9-cu iclasının Protokolu və Azərbaycan-Turkiyə iqtisadi əməkdaşlığına dair fəaliyyət planını Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay imzalayıblar.

İmzalamadan sonra Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay mətbuata açıqlama ilə çıxış ediblər.

Qeyd edək ki, iclasda 8-ci iclasda qəbul olunmuş qərarların həyata keçirilməsinin vəziyyəti müsbət qiymətləndirilib.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə Prezidentlərinin müəyyənləşdirdiyi 2023-cü ildə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırmaq haqda tapşırığı həyata keçirmək əsas hədəfdir.

Növbəti illərdə iqtisadi və ticarət əlaqələrini sürətləndirməyin yolları müzakirə olunub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər