Karantin rejimi yenidən sərtləşdiriləcək? - Açıqlama

26.02.2021 15:59     Sosreaksiya     526

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Reaksiya.az xəbər verir ki, Şahmar Mövsümov Report-a açıqlamasında bununla bağlı hər hansı bir məlumat olmadığını bildirib:

“Əgər elə bir məlumat olarsa onunla bağlı ictimaiyyətə məlumat veriləcək”, - Prezidentin köməkçisi bildirib.

Reaksiya.az

Şərhlər