Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub

26.02.2021 17:03     Sosreaksiya     404

Fevralın 26-da parlamentin inzibati binasının foyesində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə YARAT Müasir İncəsənət Mərkəzinin rəssamı, Belçika Kral İncəsənət Akademiyasının məzunu Ramal Kazımın Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Dövlət Filarmoniyasının kvartetinin müşayiəti ilə keçirilən sərgidə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavinləri Fəzail İbrahimli, Adil Əliyev, parlamentin komitə sədrləri, komitə sədrlərinin müavinləri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Sərgidə nümayiş etdirilən əsərlər barədə məlumat verən ekspressionist rəssam Ramal Kazım bildirib ki, sərgiyə Xocalı soyqırımı silsiləsinə aid əsərlər, həmçinin “Dağılmış yuvalar”, “İçi boş insan”, “Etiraz”, “Zori Balayanın surəti”, “Ümid” əsərləri daxildir. Qeyd olunub ki, bu əsərlər Xocalı soyqırımını dünyaya çatdırmaq üçün İstanbulda Milli Saraylar Muzeyində “Gözü yaşlı Xocalı” və Belçikanın Kral İncəsənət Muzeyində “Xocalıya ədalət !” adları altında sərgilənib. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar