Sabirabadda ağır qəza - Ölən və yaralananlar var

17.03.2021 00:51     Sosreaksiya     44

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvari qəza qeydə alınıb.

Reaksiya.az Qafqazinfoya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunda baş verib.

Belə ki, Sabirabad rayonunun Moranlı kənd sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Samir Fərhad oğlu idarə etdiyi “VAZ 2115” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn KİA markalı minik maşını ilə toqquşub.

 

Zərbənin təsirindən “VAZ 21015” markalı maşın yol kənarında dayanan “KamAZ” markalı yük maşınına çırpılıb.

Qəza zamanı “VAZ-2105”in sürücüsü hadisə yerində ölüb.

Digər avtomobilin sürcüsü və sərnişinlər - Bakı sakinləri, 1986-cı il təvəllüdlü Səfərov Rəşad Elbrus oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Əli Mövlud oğlu, 1979-cu il təvəllüdlü Hacıyev Bayram Nazim oğlu və 1976-cı il təvəllüdlü Hacıyev Bəxtiyar Ağabala oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar