Jurnalistlər Hadrut qəsəbəsində - Foto

17.03.2021 18:13     Sosreaksiya     52

Media nümayəndələri işğaldan azad olunmuş rayonlarımıza səfər çərçivəsində Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar.

Reaksiya.az xəbər verir ki, qəhrəman əsgərlərimizin yağı düşməndən azad etdiyi qədim Azərbaycan torpaqlarında bu gün üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.

Bu ərazilər Ermənistan tərəfindən 1992-ci ildə işğal edilmişdi. Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində başlatdığı “Dəmir yumruq” əməliyyatı nəticəsində ötən il işğaldan azad olunub.

Qeyd edək ki, martın 17-də mətbuat nümayəndələrinin işğaldan azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri təşkil edilib. Bundan əvvəl mediaturun iştirakçıları Füzulinin işğaldan azad olunmuş ərazilərinə, dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasına gedib.

Daha sonra Xocavəndin Hadrut qəsəbəsinə də səfər ediləcək.

***

Martın 17-də mətbuat nümayəndələri media turu çərçivəsində işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndində olublar.

Jurnalistlər bu kənddə qədim alban məbədi Ktişdə və Məlik Yeqanın malikanəsinə də baş çəkiblər.

***

Martın 17-də media nümayəndələri işğaldan azad edilmiş rayonlarımıza səfər çərçivəsində Xocavəndin Hadrut qəsəbəsinə gəliblər.

Jurnalistlər Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində düşməndən azad edilən Hadrut qəsəbəsi ilə tanış olublar.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar