Avtobus sürücüsü bu hərəkətinə görə BNA-ya çağırıldı - Video

17.03.2021 21:13     Sosreaksiya     46

Sosial şəbəkələrdə avtobus sürücüsünün sükan arxasında mobil telefon vasitəsilə videgörüntülü danışması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb.

Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, görüntülərin “General Avto Kompani” firmasının müvəqqəti istismarında olan 38 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JV 443 Dövlət Qeydiyyat Nişanlı avtobusda qeydə alındığı müəyyən edilib.

Sürücü Rahim Cəbrayılov sükan arxasında avtobus hərəkətdə olan zaman mobil telefonla video bağlantı qurub. 

Məsələylə əlaqədar izahat verməsi üçün “General Avto Kompani” firmasının rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb.

"Bildiririk ki, sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta olmaqla yanaşı, həm də sərnişindaşımalarda təhlükə riskini artırır. Bu da sərnişinlərin narahatlığına səbəb olur. Bildiririk ki, müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər xidmətin keyfiyyətli və təhlükəsiz təmin olunmasına qanunla müəyyən olunan qaydada məsuliyyət daşıyırlar. Hər bir daşıyıcı şirkət üzərinə düşən məsuliyyətə əməl etməli və bu kimi halların təkrarlanmaması üçün onlar tərəfindən ciddi tədbirlər görməlidir. Əks halda daşıma şərtlərini pozanlar sərnişindaşımalardan kənarlaşdırılacaq", - deyə BNA-da bildirilib.

Reaksiya.az

 

 

 
 
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar