Bakıda mənzildən 35 yaşlı qadın meyiti tapıldı

17.03.2021 22:38     Sosreaksiya     454

Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü İsayeva Züleyxa Mirəhməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Reaksiya.az

Şərhlər