Azərbaycanlı jurnalist vəfat edib

18.03.2021 00:54     Sosreaksiya     467

Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov vəfat edib.

Reaksiya.az xəbər verir ki, Araz İsmayıl oğlu Axundov martın 17-də 77 yaşında Moskvada dünyasını dəyişib.

Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər  “Russia Today” Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.

Reaksiya.az

Şərhlər