Vilayət Eyvazov DYP rəisini daha aşağı vəzifəyə TƏYİN ETDİ

19.03.2021 13:13     Sosreaksiya     894

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Valeh Cavadov Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində axtarış üzrə inspektor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Quba DYP-nin rəisi olub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar