Fərid Məmmədov: “Qarabağda ən azı 2 DOST Mərkəzinin açılışını planlaşdırırıq”

19.03.2021 13:14     Sosreaksiya     746

“Böyük qürur hissi ilə demək istəyirəm ki, 44 günlük Zəfərimizdən sonra kifayət qədər geniş proqram hazırlamışıq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki “Sosial saat”da Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. Onun sözlərinə görə, "DOST Qarabağ" proqramı artıq təqdim olunub: “Həmin proqrama əsasən, Cəbrayıl və ya Füzuli şəhərlərinin birində DOST mərkəzinin təşkilini planlaşdırırıq. Eyni zamanda, Şuşa şəhərində DOST mərkəzinin bir filialını açacağıq. Ümumilikdə Qarabağda ən azı 2 DOST mərkəzinin açılışını planlaşdırırıq”. 

Reaksiya.az

Şərhlər