Ordumuzun hərbi qulluqçusu boğulub öldü

31.03.2021 12:01     Sosreaksiya     766

Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Heydər Rövşən oğlu Əliyev boğularaq ölüb.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər