Rusiya müdafiə nazirinin müavini Qarabağa səfər edib

31.03.2021 12:07     Sosreaksiya     924

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

Reaksiya.az “Sputnik Armenia” saytına istinadən verdiyi məlumata görə, D. Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

D. Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək: “Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək”.

O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib.

Reaksiya.az

Şərhlər