DSX-dən əsgərlərin kürəyinə yazılan "Şəmkir" sözü ilə bağlı - AÇIQLAMA

06.05.2021 13:57     Sosreaksiya     637

Dövlət Sərhəd Xidməti (DSX) sosial şəbəkələrdə yayılan videogörüntülərə aydınlıq gətirib.

DSX-nın mətbuat xidmətindən Reaksiya.az-a bildirilib ki, yayılan görüntülər ötən il işğaldan azad olunmuş ərazilərdən birində çəkilib.Hazırda DSX rəisinin göstərişi ilə araşdırmalara başlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda hərbi hissələrdən birində iki hərbçinin digər əsgərlərin kürəyinə "Şəmkir" yazaraq salam göndərdikləri əksini tapıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar