Bakıda sürücü 6 yaşlı uşağı vuraraq hadisə yerindən qaçdı

09.05.2021 09:17     Sosreaksiya     581

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reaksiya.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2015-ci il təvəllüdlü Məmmədov Lətif Əsgər oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, azyaşlını vuran sürücü hadisə yerindən yayınıb. Onun kimliyi polis tərəfindən araşdırılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar