20 yaşlı tələbə özünü asdı

12.05.2021 22:39     Sosreaksiya     557

Şəkidə 20 yaşlı tələbə özünü asaraq intihar edib.

Reaksiya.az xəbər verir ki, hadisə rayonun Aşağı Layısqı kəndində qeydə alınıb.Kənd sakini, 2001-ci il təvəllüdlü Mahizər Ramiz qızı Qasımova özünü yaşadığı evin həyətində asıb.Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi yanında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə aparılıb.Bildirilib ki, Mahizər Qasımova tələbə olub. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Reaksiya.az

Şərhlər