Danışıqların nəticəsi: - Ordumuz Zəngəzurda 4 post qurur!

17.05.2021 12:42     Sosreaksiya     299

Məndə olan məlumata görə, Zəngəzurda hər biri 15 əsgər olmaqla dörd Azərbaycan mövqeyi yaradılacaq!

Reaksiya.az xəbər verir ki, bu sözləri Zəngəzurun (Sünik) keçmiş başçısı, Dirçələn Ermənistan Partiyasının lideri Vaqe Akobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, bugünkü danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib.

“Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq.

Yeri gəlmişkən, bu gün mövcud olan yaxşı və ya pis hər şey və bu razılaşma Rüstəm Muradovun səyləri ilə əldə edildi.

Belə çıxır ki, onlar (Azərbaycan Ordusu – red.) nəinki buradan çıxmadılar, əksinə, onlarda artıq postlar və əsgərlər də olacaq!”

Partiya rəhbəri bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti və biabırçı razılaşma” adlandırıb.

Qeyd edək ki, razılaşma ilə bağlı rəsmi açıqlama yoxdur.

Reaksiya.az

Şərhlər