Kəlbəcərdə şəhid olan müxbir sabah dəfn olunacaq

04.06.2021 15:53     Sosreaksiya     457

Məhərrəm İbrahimovun (Əlioğlu) meyiti Kəlbəcərdə hadisənin baş verdiyi yerdən çıxarılıb. Bizə verilən məlumata görə, bu gecə və yaxud da sabah tezdən onun meyiti yaşadığımız mənzilə çatdırılacaq.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bu fikirləri iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov deyib.

Onun sözlərinə görə, mərhum sabah dəfn olunacaq.

Reaksiya.az

Şərhlər