DİN: Karantin qaydalarını pozan iştirakçıların heç biri cərimə olunmayıb - AÇIQLAMA

07.06.2021 14:42     Sosreaksiya     471

İyunun 5-də "İstanbul Meyhanə Bilgəh" restoranında türkiyəli müğənni Mustafa Cecəlinin konserti keçirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdən belə məlum olub ki, konsertdə karantin qaydaları kobud şəkildə pozulub.
 
DİN - dən Reaksiya.az - a verilən məlumata görə polis əməkdaşları orada sosial məsafənin qorunmamasını müşahidə etdikdən sonra konsertin qarşısı alınıb. Karantin qaydalarını pozan iştirakçıların heç biri cərimə olunmayıb, sadəcə onlara xəbərdarlıq olunub.
 

Şərhlər

Çox oxunanlar